Öskürəyi sağaldan dəmləmə. SINANMIŞ RESEPT

Öskürəyi sağaldan dəmləmə. SINANMIŞ RESEPT backend

Öskürək ayrı xəstəlik deyil, bir çox hallarda soyuqdəymənin simptomu kimi meydana çıxır. Öskürək orqanizmin müdafiə mexanizmidir.


Öskürəyin köməyi ilə nəfəs yollarımız xəstəlik zamanı burada yığılan mikroblar, toksinlər, selik və s.-dən azad olur. Bu prosesi tezləşdirmək üçün daha çox ilıq maye qəbul edin - selik durulaşır və onun xaric olunması asanlaşır.
Bəzi xalq təbabəti vasitələri nəfəs yollarının daha tez təmizlənməsinə kömək edir. Sizə ən sınanmış reseptlərdən birini təqdim edirik:
- 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Bu otlar bəlğəmgətirici və iltihabəleyhinə təsir edir, öskürəyin sağalmasını tezləşdirir.
Öskürək 1 həftədən çox davam edir, artır, bəlğəmdə qan, irin əmələ gəlirsə, vaxt itirmədən həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.

Saglamolun.Az
Diaspora