Qızardılmış qidanın 5 ZİYANI

Qızardılmış qidanın 5 ZİYANI backend

Hamı bilir ki, qızardılmış qidalar ziyanlıdır, lakin bunun səbəbini bir çoxları dəqiq bilmir.


Sizə qızardılmış qidaların 5 ziyanını təqdim edirik:
1. Qızardılmış qida çətinliklə həzm olunur, mədə-bağırsaq sistemini yükləyir, mədədə diskomforta, ağrılara, qıcqırmaya, qəbizliyin inkişafına səbəb olur.
2. Qızardılmış qidalarda suda və ya buğda bişirilmiş qidalarla müqayisədə kalori daha çoxdur. Bu da artıq çəkiyə səbəb olur.
3. Qızardılmış qidalar orqanizmdə xolesterinin səviyyəsinin qalxmasına səbəb olur. Bu isə aterosklerozun inkişafına gətirib çıxardır. Ateroskleroz zamanı xolesterin damarlarda yığılır, damarlar daralır, elastikliyini itirir. Bütün bunlar ürək xəstəliklərinin, hipertoniyanın, infarkt və insultun əsas səbəbləridir.
4. Yağın uzun müddət ərzində qızdırılması nəticəsində "akrolein" maddəsi əmələ gəlir. Bu maddə çox təhlükəli kanserogen (xərçəngə səbəb olan) sayılır. Dünyada aparılan çoxsaylı araşdırmalar göstərir ki, qızardılmış qidaların (xüsusilə qızardılmış qırmızı ətin) tez-tez qəbulu xərçəng xəstəliklərinin riskini artırır.
5. Qızardılmış qidalar orqanizmdə iltihabın səviyyəsinin artmasına səbəb olur. Bu isə orqanizmdə müxtəlif iltihabi xəstəliklərin kəskinləşməsinə və bəzi xəstəliklərin inkişafına (məsələn, Alsheymer xəstəliyi) səbəb olur.

Saglamolun.Az
Diaspora