Artıq özünü göstərməyə başlayan soyuq və küləkli havalar bütün orqanizmə təsir göstərməklə yanaşı, ürək sağlamlığı üçün də bir çox risk faktoruna səbəb ola bilər.
Bəs soyuq hava ürəyə necə təsir edir? Kimlər daha çox risk altındadır? Tez üşüyənlər nə etməlidir?Qaziler.az Alie.lent.az-a istinadən bildiri ki, ürək sağlamlığı ilə bağlı bu hallar yaşlılarda və ürək xəstəliyi olan gənc insanlarda çox yaşanır. Xüsusən infarkt, iflic keçirmiş şəxslərin soyuq hava şərtlərinə qarşı həmişə tədbirli olması gərəkdir.
Soyuq havada ürək-qan dövranı sistemi bədən istiliyi və enerji ehtiyacını qarşılamaq üçün daha çox işləyir. Həm də külək, qar və yağış da bədən istiliyini azaldan digər amillərdən biridir. Əsasən qış aylarında təzyiq yenidən nizamını poza bilər. Yenə soyuqla əlaqəli hərəkətə keçən bəzi mexanizmlər qanın laxtalanmasına və risk ehtimalı yüksək olan insanlarda infarkta, iflicə səbəb olur.
Digər yandan, soyuq havayla bərabər geniş yayılan yuxarı tənəffüs yolu infeksiyaları səbəbindən ürək çatışmazlığı xəstəliklərindəki pozulma da sıx rastlanır. Bundan başqa əvvəlcədən ürək xəstəsi olan insanlarda sinə ağrıları çox yaşanır. Bütün bu ağrılar soyuğun spazm təsirindən qaynaqlanır.
Qışda edilən idmanda temp önəmlidir
Mütəxəssislər qışda idman edərkən idman tempini bədən istiliyi artdıqca artırmağı məsləhət görür.
Tox qarına qətiyyən idman etmək olmaz. Yeməkdən sonra ən az 2 saat keçməlidir. Mədənin toxluq hissinin yox olduğuna diqqət edin. Mədə tox halda idman edilsə, həm ürək, həm də mədəyə ziyan etmiş olarsınız.
Tez üşüyürsünüzsə...
Əl, ayaqları, baş, boyun və sinə bölgəsi tez və çox üşüyən şəxslərin İdman zamanı daha diqqətli olması şərtdir. Çünki çox tez üşüyən və soyuqlayan insanların ürək damarlarında büzüşmə və laxtalanma olur. Bu da infarkt riskini artırır. Buna görə soyuğa tez məruz qalan bölgələrin soyuqdan qorunması və ağzın bağlanması önəm daşıyır.
Sağlam kişilər də diqqət etməlidir
Müntəzəm idman və fiziki hərəkətlərlə məşğul olan şəxslərin bu tərz fəaliyyətləri qış aylarında davam etdirmələri də tövsiyə edilir. Müntəzəm edilən idmanın ürək, ağciyər, sümük və ruh sağlığı üzərində müsbət təsirləri var. Bu hərəkətlər həm də immuniteti artıraraq, qış infeksiyalarına qarşı bədən müqavimətini də yüksəldir.
Yaşlı və gənc ürək xəstələrinin qışın soyuq havalarında bayıra az çıxması məsləhətdir. Qalın bir geyim əvəzinə üst-üstə bir neçə nazik paltar geyinsin.
İnsanların mühüm ürək və ağciyər problemi varsa, havalar çox soyumadan qripə qarşı peyvənd vurdursun. Qarlı yerdə gəzmək, qarı təmizləmək kimi işlər risk amili yüksək insanlarda infarkt ehtimalını artırır.