Müntəzəm ət yemək ömrü uzadır - YENİ TƏDQİQAT

Müntəzəm ət yemək ömrü uzadır  - YENİ TƏDQİQAT backend

Amerikalı alimlər yeni tədqiqat aparıblar.

Tədqiqatın nəticəsinə görə, ətdən qida kimi müntəzəm istifadə etmək insan ömrünü uzadır. Ət sağlamlıq üçün çox xeyirlidir.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bununla bağlı ABŞ-dakı Koliforniya universitetinin alimləri çıxış ediblər. Onlar hesab edir ki, daim rasionunda ət olan insanlar digərlərindən fərqli olaraq ciddi xəstəliklərə daha az tutulurlar. Onlar həm də maddələr mübadiləsinin pozulmasından sığortalanmış olurlar.

Elm adamları bildirir ki, ətin tərkibində xüsusi zülal var ki, bunsuz insan orqanizmi tam gücü ilə işləyə bilmir.

Onu da qeyd etmək lazımdır ki, B12 vitaminini ancaq ət, balıq, süd məhsulları, yumurta yeyərkən əldə etmək olar.

İnsan orqanizmində B3 vitamininə də tələbat var ki, məhz o, insan həyatının davamlılığına bir növ cavabdehlik daşıyır. Bu vitamin isə ancaq ət məhsullarında olur. Alimlər bildirir ki. bu vitaminin müntəzəm qəbul edilməsi insan həyatının uzanmasını ən az 10 faiz artmasına kömək edir.
Diaspora