Alimlər yuxusuzluqla mübarizənin sadə üsulunu açıqlayıblar

Alimlər yuxusuzluqla mübarizənin sadə üsulunu açıqlayıblar backend

Mütəxəssislər yuxusuzluqla dərmanlarla deyil, ənənəvi üsul ilə mübarizə aparmağı məsləhət görürlər.

Qaziler.az technote.az saytına istinadən xəbər verir ki, yuxusuzluqla mübarizəyə aid bir çox tədqiqatlar mövcuddur.

Adətən belə halda insanlar çox zaman tibbə müraciət edirlər. Baxmayaraq ki, yuxusuzluğun qarşısını alan bir çox təsirli dərmanlar var, alimlər yenə də ənənəvi üsuldan istifadəni daha çox məsləhət görürlər. Mütəxəssislərin sözlərinə əsasən yuxusuzluqdan qurtulmaq üçün nəzərdə tutulmuş dərmanlardan istifadə edən zaman insan həmin dərmanlardan asılı vəziyyətə düşə bilər. Ənənəvi üsul zamanı isə yatmazdan 2-3 saat əvvəl xarici qıcıqlandırıcı faktorlardan (kompüter oyunları və televizor) uzaq olmaq, duş qəbul etmək və ya kitab oxumaq lazımdır. Yatmazdan öncə təmiz havada yarım saat gəzinti orqanizmin yorulmağına və beynin oksigen ilə qidalanmasına gətirib çıxaracaq.

Yuxudan 2-3 saat öncə yüksək kalorili qida qəbul etmək məsləhət görülmür. Belə ki, bu faktor yuxusuzluğa səbəb ola bilər. Bundan əlavə olaraq son araşdırmalara əsasən yuxusuzluğa qarşı ən yaxşı mübarizə növü həmdə yoqa-dır.
Diaspora