Sən demə, yüngül soyuqdəymə əleyhinə sarımsaq yemək vacib deyil. Profilaktika üçün qulağa sarımsaq qoymaq kifayət edir.
Bir diş sarımsağı təmizlə və onu qulaqcıq kimi qulağına qoy. Onu daha dərinə yerləşdirməyə çalışmayın. Çünki qulaq pərdəsini zədələyə bilərsiniz.Alternativ variant kimi sarımsağın şirəsini çıxararaq pambığı bu şirəyə batırıb qulağa qoymaq olar. Lakin birinci üsul daha rahatdır.
Yaxşı olar ki, sarımsaq dilimi qulağa gecə qoyulsun. Bu tərəvəzin tərkibində olan vitaminlər və mineral maddələr bütün soyuqdəymə və iltihablara qarşı mübarizə aparmağa kömək edir.
Unutma: əgər 2-3 gün ərzində temperaturun düşmürsə, öskürək və ya digər simptomlar artırsa həkim çağır. Ən yaxşısı isə əvvəlcədən sarımsaqla profilaktika apar ki, bütün qışı sağlam qalasan.
Arzu Səlim
Qaziler.az