Baş ağrılarından təbii üsullarla qurtulun

Baş ağrılarından təbii üsullarla qurtulun backend

Əksər insanların tez-tez üzləşdiyi baş ağrılarının aradan götürülməsi üçün müxtəlif dərmanlardan istifadə olunur.

Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, orqanizmə mənfi təsir göstərən bu dərmanları təbii üsullarla əvəz etmək mümkündür. Yüngül baş ağrılarını götürəcək üsulları təqdim edirik:

1. Limon aromaterapiya xüsusiyyəti ilə seçilir. Kəsilmiş limonu əlinizdə ovuşdurub üzünüzə və alnınıza sürtün.

2. Baş ağrılarının müəyyən səbəblərindən biri də stressdir. Stress yaşadığımız zaman əzələlərimiz sərtləşir və boyun ağrısıyla başlayıb baş ağrısına çevirə bilir. Boynunuzu və çiyninizi hərəkət etdirərək kiçik məşqlər edin. Oturduğunuz yerin rahat olmasına fikir verin.

3. Stresslə bağlı olaraq yaşadığınız baş ağrılarında yastığınıza bir neçə damcı lavanda yağı vurub yata bilərsiniz.

4. Başınız ağrıdıqda təzyiq tətbiq edərək ağrını keçirə biləcəyiniz nöqtələr var. Bu nöqtə baş barmağınız və işarət barmağınızın arasında qalan oynaq nöqtələridir. Bu nöqtəni yüngülcə sıxıb dairəvi hərəkətlərlə təzyiq edin.
Diaspora