Yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı təlimlər başlayıb

Yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı təlimlər başlayıb backend

"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı "Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində ilk təlimini 01 noyabr 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu 158 saylı orta məktəbdə keçirib. Təlimdə orta məktəbin yuxarı sinif şagirdləri iştirak edib. Təlimin məqsədi ağır yoluxucu xəstəliklərin (Hepatit B və Hepatit C, vərəm, İİV/QİÇS) yayılmasının qarşısının alınmasına müəyyən dərəcədə köməkliyin göstərilməsi olub.

İlk əvvəl orta məktəbin direktoru Mehriban Ələkbərova təlimi giriş sözü ilə açıb və bu cür aktual mövzuda təlim təşkil etmək təşəbbüsünü təqdirəlayiq hal olduğunu qeyd edib.

Layihənin icraçılarından olan Fikrət Xəlilov şagirlərə dövrümüz bəlasına çevrilmiş olan yoluxucu xəstəliklər- Hepatit B və Hepatit C, İİV/ QİÇS və vərəm haqqında məlumat verərək sözü gedən xəstəliklərin əlamətləri və həmin xəstəliklərə yoluxma yolları haqqında geniş məlumat verib.

Təlimdə çıxış edən digər həkim-infeksionist Solmaz Mirzəyeva sadalanan xəstəliklərdən qorunma üsulları və onların müalicəsi haqqında danışaraq gənclərə ehtiyatlı olmağı və sağlamlıqlarına qarşı ciddi yanaşmalarını tövsiyə edib.


Sonda orta məktəbin direktoru Mehriban Ələkbərova təlimə yekun sözünü vurub və İctimai Birliyə bu cür təlimlərin davamlı olmasını arzu edib.
Diaspora