Yaşıl çayın maddələr mübadiləsinə müsbət təsir etdiyini və arıqlamağa yardımçı olduğunu hər birimiz bilirik.
Qaziler.az Lent.az-a istinadən Türkiyənin məşhur dietoloqu Ender Saraçın maddələr mübadiləsini sürətləndirən çay reseptini təqdim edir. Bu çayı gündə 3-4 fincan içə bilərsiniz. Ancaq içinə şəkər, yaxud dadlandırıcı qatmaq olmaz. Yox, əgər çayı bu cür içə bilmirsinizsə, 3-4 ədəd kişmişlə için.Ərzaqlar:
Hər fincan üçün yarım çay qaşığı yaşıl çay və ya 1 paket yaşıl çay
1 kiçik paket mate çayı
Barmaq ucu qədər çubuq darçın
Balaca çay qaşığı bibəriyə
Hazırlanması:
Bütün ərzaqları isti suya töküb bir neçə dəqiqə dəmləyin. Hər gün 3-4 fincana qədər içmək olar.
Bəs pəhriz zamanı yaranan qəbizlik problemini aradan qaldırmaq üçün nə etmək olar?
Bol isti suyun bağırsaqları çalışdırdığını unutmayın və pəhriz zamanı bol-bol su için.
Pəhriz zamanı qəbizliyin qarşısını alacaq çay resepti:
4-5 yarpaq sinameki (cassia)
Yarım çay qaşığı razyana toxumu
1 çay qaşığı bibəriyə
1 ədəd avokado yarpağı
1 çay qaşığı funda yarpağı
1 çay qaşığı mate yarpaığı
1 stəkan suya 5-6 yarpaq sinameki və yarım çay qaşığı razyana toxumunu əlavə edib, 1-2 dəqiqəyə qədər qaynadıb 2-3 dəqiqə dəmləyin.
Şəkər tökmədən ilıq olaraq için. Çox ac və ya çox tox içməyin.
Razyana toxumu bəzi insanlarda qaz yarada bilər. Razyana atmadan içmək istəyirsinizsə, sinameki bağırsaqlarda tük cisimciklərini əridə bilər və gələcəkdə sağlamlıq problemi yarada bilər.