Sarımsaqlı süd - FAYDASI SAYMAQLA BİTMƏYƏN TƏBİİ DƏRMAN

Sarımsaqlı süd - FAYDASI SAYMAQLA BİTMƏYƏN TƏBİİ DƏRMAN backend

Sarımsaqlı süd - bir çox xəstəliklərə qarşı ta qədimdən məlum olan təbii dərmandır.

Sarımsağın təbii antibiotik olduğu çoxdan bəllidir. Lakin ona məxsus spesifik iy sarımsağın gündəlik qəbul edilməsini əngəlləyir. Yəqin elə ona görə nə vaxtsa bu kəskin qoxulu tərəvəzin südün içində qaynadılmasına qərar verilib.

Nəticədə spesifik iyi olmayan əla dərman alınıb. Təbii dərman orqanizmin bir çox xəstəliklərə qarşı mübarizə aparmasına kömək edir. Bu xəstəlik əvvəllər hesab edildiyi kimi yalnız soyuqdəymə deyil.


Sarımsaqlı südün faydaları:

1. Orqanizmdəki zərərli xolestrinin səviyyəsini aşağı salır, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.
2. İçki qaraciyər üçün çox faydalıdır.
3. Artrit zamanı soyuqdəyməni və ağrını azaldır.
4. Sarımsaq əsəb sistemini qaydaya salır, yuxusuzluğu aradan qaldırır.
5. Sarımsaqlı südə bir çimdik zəncəfil əlavə edin. Bu, bəlğəmin çıxmasına kömək edən əla vasitədir.
6. Qaynadılmış sarımsaq kişilərdə olduğu kimi, qadınlarda da sonsuzluğu müalicə edir. Bundan başqa, sarımsaqlı süd impotensiyaya qarşı təbii vasitədir.



Sarımsaqlı südü necə hazırlamalı?

İnqredientlər:
* 500 ml süd
*10 diş sarımsaq
*2 çay qaşığı şəkər
*250 ml su

Hazırlanması

Sarımsağı təmizləyib xırda doğrayın.
Suyu südlə qarışdırın, odun üzərinə qoyun. Maye qaynayanda sarımsaq əlavə edin və odu minimuma qədər azaldın. Qarışığı 10 dəqiqə ərzində qarışdıra-qarışdıra içindəki sarımsağı əzin. Şəkər əlavə edin. Sarımsaqlı süd yeməkdən asılı olmayaraq gündə iki dəfə içilir.



Sarımsaq və süd təbii ərzaq olsa da bəzi hallarda təklif olunan bu müalicədən imtina etmək lazımdır. Bu vasitə diabetdə, ağır mədə-bağırsaq xəstəliyində, aşağı təzyiq zamanı əks göstəriş verə bilər. Müalicə həmçinin süd verən analara da tövsiyə edilmir.

Qaziler.az

Diaspora