İndiyə qədər diyetoloqlar hər gün 5 porsiya meyvə və tərəvəzləri yeməyi tövsiyə edirdilər. Lakin son araşdırmalar bu tövsiyəyə müəyyən dəyişikliklər əlavə edib.
İngiltərə alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, tərəvəzlər meyvələrdən daha faydalıdır, meyvələrin isə müəyyən mənfi tərəfləri var. Bu səbəbdən diyetoloqlar gün ərzində 3 porsiya tərəvəz + 2 porsiya meyvə və hətta 4 porsiya tərəvəz + 1 porsiya meyvə yeməyi tövsiyə edirlər.
Həkimlərin fikrinə görə, meyvələrin çoxlu miqdarda qəbulu qanda lipidlərin artmasına səbəb olur ki, bu da aterosklerozun riskini artırır.
Tərəvəzlərdən fərqli olaraq meyvələr toxluq hissi yaratmır, əksinə iştahanı artırır. Bu isə artıq çəkinin yığılmasına səbəb ola bilər. Tərəvəzlər əksinə arıqlamağa kömək edir.
Bundan əlavə meyvələrin çoxlu miqdarda qəbulu arterial təzyiqin artmasına səbəb ola bilər.
Stomatoloqların fikrinə görə, şirin meyvələr kariesin riskini artırır.
Bütün bu sadaladığımız "əmmalar" tərəvəzlərə xas deyil. Bu səbəbdən alimlər tərəvəzləri meyvələrdən daha faydalı hesab edir və tərəzlərin qəbulunu artırmağı tövsiyə edirlər.
Alimlər meyvələri həddindən artıq yeməyi tövsiyə etmirlər, xüsusilə də insanda artıq çəki və ürək-damar sistemi xəstəlikləri olduqda.
(Здоровье)
Saglamolun.Az