Qalxanvari vəzini və immuniteti möhkəmləndirən TƏBİİ QARIŞIQ

Qalxanvari vəzini və immuniteti möhkəmləndirən TƏBİİ QARIŞIQ backend

Hamı bilir ki, yod qalxanvari vəzinin normla fəaliyyəti üçün olduqca vacib olan mineraldır.

Yodun çatışmamazlığı qalxanvari vəzi xəstəliklərinə səbəb olur.
Həmçinin yod immun və sinir sistemi üçün çox vacibdir, onların fəaliyyətini stimullaşdırır.
Sizə yodla zəngin olan təbii qarışığın reseptini təqdim edirik. Bu qarışıq immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabları azaldır, beyinin fəaliyyətini yaxşılaşdırır, qalxanvari vəzi xəstəliklərinin qarşısını alır.
Tərkib:
- 1 kq feyxoa
- 200 qr qoz
- 200 qr bal
Feyxoa yuyulur, qıraqları kəsilir qozla birlikdə ətçəkən maşınından keçirilir, yaxşı qarışdırırlır. Qarışığa təbii bal əlavə olunur, qarışdırırlır.
Qarışığı sərin yerdə saxlayın və hər səhər 1 xörək qaşığı olmaqla qəbul edin. Uşaqlara 1/2-1 çay qaşığı vermək olar.

Saglamolun.Az
Diaspora