Qocalıq əleyhinə RESEPT - ÇİNLİLƏRİN SİRRİ

Qocalıq əleyhinə RESEPT - ÇİNLİLƏRİN SİRRİ backend

350 qram sarımsağı təmizləyin, yuyun və iki dəfə ətçəkən maşından keçirin. 200 qr spirt əlavə edin, 10 gün saxladıqdan sonra süzün.

3 gündən sonra müalicə kursuna başlamaq olar. Soyuq südə (30-50 ml) bir neçə damcı hazırlanmış sarımsaqlı mayedən əlavə edin və gün ərzində 3 dəfə yeməyə yarım saat qalmış bu sxemə əməl etməklə için:
- birinci gün səhər - 1 damcı, naharda - 2 damcı, axşam - 3 damcı;
- növbəti gün səhər - 4 damcı, naharda – 5 damcı, axşam – 6 damcı və s.;
- beşinci günün sonunda axşam 15 damcı qəbul edin, altıncı günün səhəri 15 damcı, sonra hər dəfə damcıların sayını bir-bir azaldın;
- onuncu gün axşam 1 damcı içilir;
- sonra kurs 25 damcı ilə gündə 3 dəfə cövhər qurtarana qədər davam etdirin.
Düzgün aparılmış müalicə bütün orqanizmin funksiyasını möhkəmləndirir. Damarları da təmizləyir. Kursu 5 ildən bir təkrarlamaq tövsiyə edilir.

Qaziler.az
Diaspora