Hamı bizi inandırır ki, gecə yemək yeyib yatmaq ziyandır. Lakin bilmək lazımdır ki, ac yatmaq daha zərərlidir.
Qaziler.az Rusiya mətbuatına istinadən sizin yaxşı yuxular görmənizə səbəb olacaq, vücudunuza xələl gətirməyəcək gecə yeməkləri haqda məlumat verir:Çobanyastığından hazırlanan çay yuxu üçün çox idealdır. O sakitləşdiricidir və yuxugətirmə effektinə malikdir.
Həmçinin orqanizmə rahatlıq gətirən vasitə yuxudan öncə içilən bir stəkan süddür.
Südün tərkibində olan triptofan sakitləşməyə kömək edir.
İsti süd və çaya qatılan bal sizin dərin yuxuya getmənizə kömək edər. Lakin heç vaxt balı soyuq içkiyə qatmayın. Çünki bu halda siz gümrah olmayacaqsınız.
Yatmazdan əvvəl banan yemək də çox yaxşı effekt verir. O, əhval-ruhiyyəni yaxşılaşdırır, tərkibindəki maqnezium əzələlərin rahatlanmasına kömək edir.
Əgər açlıq dözülməzdirsə bişmiş kartof da yeyə bilərsiniz.
Heç kəsə sirr deyil ki, yatmazdan əvvəl yulaf yarması yemək də artıq sayılmaz. Onu balla yemək, kətan toxumu əlavə etmək sizi həyəcan hissindən, stressdən, vahimədən xilas edə bilər.
Badam və hinduşqa əti triptofanla zəngindir. Hinduşqa ətini buğda çörəyi ilə yemək daha faydalıdır.