Kalsium preparatlarının qəbulu ziyanlı ola bilər

Kalsium preparatlarının qəbulu ziyanlı ola bilər backend

Bir çox insanlar sümükləri möhkəmləndirmək və osteoporozun (sümük toxumasının azalması) qarşısını almaq üçün həb şəklində olan kalsium preparatları qəbul edir.


Əksər hallarda insanlar bunu həkimlə məsləhətləşmədən edir. Lakin son araşdırmlara göstərib ki, bu çox təhlükəlidir. Kalsium preparatlarının qəbulu nəticəsində kalsium qan damarlarının içərisində yığılaraq ürək-damar sisteminin sağlamlığına ciddi ziyan vura bilər.
Amerika alimləri 10 il ərzində 3 000 yaxın insana nəzarət etdikdən sonra bu qərara gəliblər.
Kompüter tomoqrafiyası göstərib ki, kalsium preparatlarını qəbul edən insanların 22 %-də damarlarda kalsium yığılır. Bu isə damarların daralmasına, elastikliyin pozulmasına səbəb olur. Nəticədə bu insanlarda infarkt kimi ağır pozulmanın riski artır.
Maraqlıdır ki, hətta yüksək dozalarda qida ilə orqanizmə daxil olan kalsium damarlarda yığılmır. Alimlərin fikirinə görə, qida və həblər şəklində orqanizmə daxil olan kalsium orqanizm tərəfində müxtəlif şəkildə istifadə olunur - qida ilə daxil olan kalsium tam mənimsənilir, həblər şəklində daxil olan tam isə tam mənimsənilmir və orqanizmdə yığılır.
(Здоровье)

Saglamolun.Az
Diaspora