Dağıdıcı "Metyu" qasırğasından sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başlayıb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, artıq həyatını itirənlər var. Hakimiyyət rəsmiləri bunun səbəbini qasırğa faciəsindən sonra əhalinin istifadəyə etdiyi su mənbələrinə mikrobların qarışması ilə əlaqələndirir.
Vəziyyətin get-gedə kəskinləşməsi isə bəzi bölgələrdə insanların ətraf aləmdən təcrid duruma düşməsi ilə izah olunur. Həmin bölgələrdə isə həkim, dərman və içməli su çatışmazlığı yarandığı bildirilir. Ölkənin Səhiyyə Nazirliyindən beynəlxalq təşkilatlara müraciət edilib."Qasırğa nəticəsində çoxlu insan öldü. Dünən biz mənim seçildiyim ərazidə 438 nəfərin həyatını itirməsinə şahid olmuşuq. Onlardan 25-i vəbadan ölüb. Vəziyyət dəhşətlidir", - deyə, parlamentin deputatı Bernua Jan Gerye bildirib.
BQXK artıq Haitiyə 7 milyon yardım ayırmaq niyyətindədir.