Çin, Böyük Britaniya və Fransa alimlərindən ibarət beynəlxalq qrup aşkar edib ki, homoharinqtonin (HHT) deyilən maddə mieloid leykemiyanın əlamətlərini yoxa çıxarır.
Omasetaksin mepesutsinat kimi də məşhur olan bu maddə “Cephalotaxus harringtonii” adlı iynəyarpaqlı bitkinin tərkibində var. Çin mütəxəssisləri qan xərçənginin müalicəsində həmin bitkidən istifadə edirlər. Qaziler.az-ın məlumatına görə, AZƏRTAC “lenta.ru”ya istinadla xəbər verir ki, tədqiqatçılar öz nəticələrini “Science Translational Medicine” jurnalında təqdim ediblər.HHT-nin ilkin sınaqları xroniki mieloid leykemiyasından əziyyət çəkən pasiyentlərin müalicəsi üçün Ərzaq Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsi (FDA) tərəfindən bəyənilib. Bu xəstəliyi dərman vasitələri ilə müalicə etmək çətindir. Kimya terapiyası və gövdə hüceyrələrinin köçürülməsi leykemiyanın bu formasına qarşı ən səmərəli mübarizə üsulu sayılır. Ancaq bildirilir ki, omasetaksin mepesutsinat xərçəng şişlərinin inkişafının yavaşımasına kömək edə bilər.
Tədqiqatçılar leykoza tutulan pasiyentlərdən götürülən bədxassəli hüceyrələr kulturasına müxtəlif preparatların təsirini təhlil ediblər. Sınaqdan keçirilən bütün preparatlar arasında xərçəngə qarşı yalnız HHT səmərəli olub. Preparat hətta FLT3 genində mutasiyanın əmələ gətirdiyi çox aqressiv leykemiya formasına da təsir edib. Alimlər müəyyən ediblər ki, omasetaksin zədələnmiş gen tərəfindən sintez edilən qüsurlu zülal sintezinin qarşısını alır.
Mütəxəssislər onu da sübuta yetiriblər ki, HHT-nin FLT3-ün fəallığını dayandıran xərçəng əleyhinə sorafenibom preparatı ilə birlikdə qəbul edilməsi siçanlarda şişlərin inkişafını blokada edir. Kliniki tədqiqat zamanı kombinə edilmiş müalicə sayəsində 24 xəstədən 20-də xəstəliyin əlamətləri yoxa çıxıb.
Alimlər hesab edirlər ki, onların əldə etdiyi nəticələr leykozlu pasiyentlərin müalicəsinin fərdi metodlarını işləyib hazırlamağa kömək edəcək.