Ürək tutması: özünəyardım ÜSULU

Ürək tutması:   özünəyardım ÜSULU backend

Əgər siz ürəyinizin qaydasında olmadığını, bayılmaq ərəfəsində olduğunuzu hiss etsəniz özünüzü bu vəziyyətdən çıxara bilərsiniz.

Bununçün sizin yalnız 10 saniyəniz var. Bu 10 saniyə sizin həyatınızı xilas edə bilər.

Bəzən ürək tutması adam tək olanda baş verir. Bu zaman kömək üçün yaxınlıqda kimsə olmaya bilər.

Bir çoxları bilmir ki, bu zaman hər kəs özü özünə yardım edə bilər.

Bununçün neyləmək lazımdır? Sadəcə olaraq öskürməyə başlayın. Bütün gücünüzlə dəfələrlə öskürün. Öskürmədən əvvəl isə dərindən nəfəs alın. Sizin öskürək davamlı və dərin olmalıdır, sanki sinənizə bəlğəm yığılıb.

Nəfəsalma və dərin öskürəyi hər 2 saniyədən bir, fasilə və dayanma olmadan təkrarlamaq lazımdır. Bunu həkim gələnə və ya ürəyiniz əvvəlki ritmə qayıdana qədər davam etdirin.

Qaziler.az
Diaspora