Qripdən necə qorunmaq olar: 6 MƏSLƏHƏT

Qripdən necə qorunmaq olar: 6 MƏSLƏHƏT backend

Mütəxəssislər qripdən qorunmaq üçün bu kimi sübut olunmuş vasitələri təqdim edir:


1. Qripə qarşı peyvənd (əks-göstərişlər olmadığı halda).
2. Sağlam və tamdəyərli qidalanma (meyvə-tərəvəzlər, süd məhsulları, yarmalar, ət, yumurta). Şirniyyatların qəbulunu məhdudlaşdırın. Sübut olunub ki, şirniyyatların çoxlu miqdarda qəbulu immun sistemini zəiflədir və orqanizmin viris və mikroblara qarşı davamlılığını azaldır.
3. Normal yuxu. Gecə yuxusu 7-8 saatdan az olmamalıdır. Yuxunun az olması orqanizmdə bərpa proseslərini pozur və bizi viruslara qarşı daha zəif edir.
4. Fiziki aktivlik. Araşdırmalar göstərir ki, hətta minimal fiziki aktivlik orqanizmin viruslara qarşı davamlılığını artırır.
5. Evlərin və iş yerlərinin havasının daim nəmləndirilməsi. Qripp virusu quru havada daha uzun müddət ərzində yaşayır və daha sürətlə yayılır.
6. Əllərin tez-tez yuyulması, səthlərin (masalar, qapıların dəstələri, kompüter klaviaturaları və s.) dezinfeksiya vasitələrlə (xüsusi salfetlər və s.) tez-tez silinməsi.

Saglamolun.Az
Diaspora