Orqanlar klonlaşdırıla bilər

Orqanlar klonlaşdırıla bilər backend

Bir çox ölkələrdə ölü insanların orqanları başqa insanlara transplantasiya edilə bilir.

Amma gələcəkdə bu transplantasiyaları klonlaşdırılmış orqanlarla həyata keçirmək mümkün olacaq. Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Millət vəkili həmçinin bir sıra məsələlər barəsində də danışıb.

"Dünyada insanların orqan toxumalarının klonlaşdırılması alınsa, transplantologiyanın problemi birdəfəlik həll olunar". Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Onun sözlərinə görə, alimlər yaxın vaxtlarda istənilən keyfiyyətdə, genetik formada və miqdarda klonlaşdırılmış orqandan toxumaları ala biləcəklər.

Millət vəkili meyitdən orqan götürmək məsələsinə də toxunub. Onun sözlərinə görə, bu, vacib bir məsələdir, amma bir çox məqamlarla bağlı qanunvericilik bazası olsa da, bioetik məsələlər qaldığından onu həyata keçirmək olmur

Əhliman Əmiraslanov ölkədə psixoloq çatışmazlığı məsələsinə də toxunub. O deyib ki, Azərbaycanda psixoloq azdır və bu da özündə bir çox problemlərin yaranmasına səbəb olur. Elə bu problemlərin qarşısını almaq üçün "Psixoloji yardım haqqında" qanun layihəsi hazırlanır. Yeni qanun layihəsinə əsasən, bütün müəssisələrdə psixoloqlar fəaliyyət göstərməlidir. Çünki təhsil, elm, idman və digər müəssisələrin psixoloqa ehtiyacı var.

Komitə sədri yaxın vaxtlarda həmçinin "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbul ediləcəyini də deyib.
Diaspora