Pittsburq Universiteti (ABŞ) alimləri Zika virusuna qarşı vaksin hazırlayıblar. Vaksin meymunlar üzərində test olunub və çox yaxşı nəticələr verib.
MedicalXpress saytı xəbər verir ki, vaksin 18 meymundan 17-nə lazım olan təsir edib.Alimlərin sözlərinə görə, yaxın zamanlarda vaksin insanların üzərində də test olunacaq. Alimlər ümid edirlər ki, vaksin insanlar üçün təhlükəsizdir və onlarıqorxulu virusdan qoruyacaq.
Zika virusu ağcaqanadlar vasitəsilə yayılır və çox ciddi fəsadlara səbəb olur. Zika virusu xüsusilə hamilə qadınlar üçün təhlükəlidir. Hamiləlik zamanı qadın orqanizminə düşən Zika virusu beyinin çox ciddi patologiyası olan mikrosefaliyaya səbəb olur.
Saglamolun.Az