Sağlamlıq reytinqi: Azərbaycan 188 ölkə arasında 75-cidir

Sağlamlıq reytinqi: Azərbaycan 188 ölkə arasında 75-cidir backend

“The Lancet” jurnalı dünya üzrə sağlamlıq reytinqini açıqlayıb. 33 tibbi göstərici əsasında tərtib olunan reytinqdə Azərbaycan 188 ölkə arasında 75-ci yeri tutur. Novator.az-ın məlumatına görə, qonşulardan Ermənistan 86-cı, Gürcüstan 106-cı, Rusiya 119-cü sırada qərarlaşır.

Reytinq cədvəlinə İslandiya başçılıq edir. İlk 5-likdə Sinqapur, İsveç, Andorra və Böyük Britaniya da yer alır.

Mərkəzi Afrika Respublikası sonuncu – 188-ci yerdədir.

Reytinq tərtib olunarkən uşaq və körpə ölümü, yol qəzalarında ölüm, uşaqlarda artıq çəki, alkoqol və tütündən istifadə səviyyəsi, QİÇS-ə, vərəmə, Hepatit B-yə yoluxma, intihar göstəriciləri və s. nəzərə alınıb.

Ekspertlər müharibələrdə və zorakılıq hadisələrində ölüm göstəricilərini də meyarlar siyahısına daxil ediblər.

Hər 33 meyar üzrə 1990-2015-ci illər arasındakı durum araşdırılıb.
Diaspora