Qoz tərkibindəki zəngin vitaminlərlə yanaşı həm də su ilə birgə də səhhətimizə müstəsna fayda verir. QAZİLER.AZ qozun və qoz suyunun faydaları haqqında məlumatları oxucuların nəzərinə çatdırır.
Qarın qabarıqlığı və mədənin qaz probleminə kömək edir. İnsanı arıqladır. Uzun müddət tox hiss etdirdiyindən bədən yemək tələb etmir və bu yolla arıqlamaq olur. Şirniyyata meyllilik və artıq iştahanı yox edir. Yorğunluq, halsızlıq və əsəbdən xilas olmağa faydalıdır.
Amerika Səhiyyə Nazirliyi (FDA) qozun tərkibindəki "Omega-3" yağlarının həm arıqlamağa, həm beyin-damar sisteminə faydalı olduğunu rəsmən qəbul edib.
Qozu suyun içərisində saxlamaq, əsasən də suyu özünə yaxşı çəkməsi sağlamlıq üçün xeyirlidir. Gecə yatmazdan əvvəl bir stəkan suyun içərisinə qoz qoyub səhərə qədər saxlayın. Oyandığınızda dişlərinizi fırçaladıqdan sonra ac qarına suyu içib qozları yeyin. Körpə əmizdirən analar, hamilələr, diabet, tiroid və xolesterol xəstələri üçün uyğun olan qoz suyunu istədiyiniz kiloya enənə qədər hər gün içməli və qozdan yeməlisiniz. Qoz eyni zamanda qaraciyəri gücləndirib hormonları tarazlayır. Detoks təsiri ilə bədəni içəridən təmizləyir. Qəbizliyi aradan qaldırır.