Qalxanvari vəzi xəstəliklərinin gizli simptomları

Qalxanvari vəzi xəstəliklərinin gizli simptomları backend

Azərbaycanda qalxanvari vəzi xəstəliklərinə kifayət qədər tez-tez rast gəlinir.

Qalxanvari vəzi xəstəlikləri bir çox hallarda uzun müddət ərzində gizli inkişaf edir.
Əksər hallarda insanlar özündə qalxanvari vəzi xəstəliklərinin müəyyən simptomlarını müşahidə etdikdə onları digər xəstəliklər və pozulmalarla (sinir, ürək, mədə-bağırsaq sistemi xəstəlikləri və s.) əlaqələndirirlər. Nəticədə çox təhlükəli vəziyyət yaranır. Xəstə vaxtında həkimə müraciət etmir, xəstəlik daha da inkişaf edir, müxtəlif orqan və sistemlərə "vurur", orada pozulmalar yaradır. Son araşdırmalar göstərir ki, orqanizmdə qalxanvari vəzi hormonlarının artması ürəyin ani dayanmasının riskini xeyli artırır.
Sizə qalxanvari vəzi xəstəliklərinin bəzi gizli simptomlarını təqdim edirik. Özünüzdə bu simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin:
- səbəbsiz əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi və ya daim pis əhval-ruhiyyə
- zəiflik, yorğunluq
- saçların tökülməsi
- ürək fəaliyyətində müxtəlif pozulmalar (aritmiya, taxikardiya), arterial təzyiqin tez-tez dəyişilməsi
- səbəbsiz qəbizlik və ya ishal
- bədən çəkisinin səbəbsiz artması və ya azalması
- qadınlarda menstrual dövrünün pozulmaları, sonsuzluq.

Saglamolun.Az
Diaspora