Azərbaycanda elektron səhiyyə kartı yaradılacaq

Azərbaycanda elektron səhiyyə kartı yaradılacaq backend

Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlar üçün elektron səhiyyə kartının yaradılması nəzərdə tutulur.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hər bir vətəndaş üçün yaradılması nəzərdə tutulan elektron səhiyyə kartında vətəndaşın təcili yardıma nə zaman müraciət etməsi, hansı diaqnozla müalicə alması barəsində məlumatlar toplanacaq. İstənilən tibb müəssisəsinə müraciət etdiyi halda vətəndaşa məxsus kod nömrəsini və ya şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə həmin şəxsin sağlamlığı barədə məlumat əldə etmək mümkün olacaq.
Diaspora