Böyürtkənin sağlamlıq üçün 7 FAYDASI

Böyürtkənin sağlamlıq üçün 7 FAYDASI backend

Böyürtkən çox faydalı və müalicəvi giləmeyvədir.

Böyürtkən, onun yarpaqları və kökləri qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Böyürtkən bir çox vacib vitaminlər (xüsusilə E, PP, C, B qrupu), minerallar (dəmir, kalium, maqnezium, fosfor), orqanik turşular, pektinlər, antioksidantlar və s. faydalı maddələrlə zəngindir.
1. Böyürtkən soyuqdəymə zamanı çox yaxşı təsir edir - hərarəti salır, ümumi vəziyyəti yüngülləşdirir, iltihabı azaldır, sağalmanı tezləşdirir. Belə hesab olunur ki, böyürtkən iltihabəleyhinə xüsusiyyətlərə görə moruqdan faydalıdır.
2. Böyürtkən damarları təmizləyir, möhkəmləndirir, onları daha elastik və sağlam edir.
3. Böyürtkən sinir sistemi üçün çox faydalıdır - stresi azaldır, beyində qan dövranını yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.
4. Antioksidantlarla olduqca zəngin olan böyürtkən orqanizmdə gedən qocalma prosesləri ləngidir, bir çox xroniki xəstəliklərin və xərçəngin inkişafının qarşısını alır.
5. Böyürtkən immun sistemini möhkəmləndirir.
6. Böyürtkən ürək üçün çox faydalıdır, ürək əzələsini möhkəmləndirir, ödemləri azaldır, arterial təzyiqinin tənzimlənməsinə kömək edir.
7. Böyürtkən sidikqovucu təsirə malikdir. Sidik yolları təmizləyir, iltihabı azaldır.

Saglamolun.Az
Diaspora