Stressi aradan qaldırmağın - 12 yolu

Stressi aradan qaldırmağın - 12 yolu backend

Fikir dağınıqlığı, diqqəti cəmləşdirməyin qeyri-mümkünlüyü, daxildə xoş olmayan hislər- bunlar stressin tipik simptomlarıdır.

Stresdən azad olmaq təkcə sizi normal həyata qaytarmır, eyni zamanda tez yaşlanmağında qarşısını alır, axı stress orqanizm üçün çox zərərlidir! Buna görə də biz sizə stresdən tez bir zamanda azad olmağın 12 yolunu təqdim edirik:

1. Saçınızı darayın
Monitor qarşısında keçirilmiş iş günü — bu zaman sizin üz əzələləriniz gərginləşir və nəticədə başınız ağırlaşıb, ağrımağa başlayır. Stresdən azad olmağın bir yolu saçınızı 10-15 dəqiqədən bir daramaqdır. Bu proses başda qan dövranını yaxşılaşdırır və əzələlərin gərginləşməsinin qarşısını alır.

2. Dondurma yeyin
Dadlı yemək effektli və antistresli dopinqdir. Eləcə dəyaxşı əhvali-ruhiyyəni qoruyub, stress atmağın bir yolu da yağlı balıq yeməkdir, balığın tərkibində omega-3 mövcuddur və bu, əsəb sisteminiz üçün çox faydalıdır. Əgər balıq sevmirsinizsə, o zaman dondurma və ya banan yeyin.

3. Masaj
Enerjinizi saxlamaq üçün 30 saniyə müddəti ilə burun ətrafı, qaşlar və alt dodaq ətrafını, eləcə də əllərinizin içini mərkəzdən masaj edin.

4. Ovuclarınızı sürtün
Stresdən yaxa qurtarmağın növbəti yolu ovuclarınızı əlləriniz isinənə kimi bütün gücünüzlə bir-birinə sürtməkdir. Bundan başqa, qulaqlarınızı da ovuşdura bilərsiniz. Bu yolla siz gümrahlaşıb, işinizə diqqətinizi cəmləşdirə bilərsiniz.

5. Stressi “yuyun”
Bütün neqativ enerjini 15 dəqiqə ərzində üzərinizdən atmaq üçün duş qəbul edin. Xəfif axan ilıq suyun altında dayanın ki, su sizin başınızı və çiyninizi masaj etsin. Bir müddət sonra suyun sizin üzərinizdən bütün stressi necə yuyub atacağının şahidi olacaqsınız.

6. 27 predmet
Şərq praktikasında belə bir fikir var: “Əgər stresdən, kədərdən azad olmaq istəyirsinizsə, o zaman evdə 27 predmetin, əşyanın yerini dəyişin.” Bu metodu yoxlayın, özünüzdə beyninizin problemlərdən necə uzaq olub, dincəldiyinin şahidi olacaqsınız.


7. Pilləkən
30 saniyəlik yuxarı və aşağı qaçış təşkil edin. Bunun sayəsində beynin haşiyəli hissəsinə oksigen axını güclənir. Bununla da emosional stresdən qorunmuş olursunuz.

8. Boyalar
Psixologiyaya görə, rəsmlərin 2-3 dəqiqə ərzində boyanması stressi 5 dəfə azaldır. Beləliklə, siz nəinki stresdən azad olacaqsınız, eləcə də bir şedevr yarada biləcəksiniz.

9. Hibiskuslu (Çin qızılgülü) çayı
Gərginliyin toplanması nəticəsində insanlarda narahatlıq və böhranlı hal hökm sürür, bu da stressin əsas simptomlarından hesab olunur. Bu çay vasitəsi ilə siz gərginlikdən azad olacaqsınız.

10. Təmizlik
Əşyaların səliqəyə salınıb yerinə qoyulması sizin fikirlərinizin nizamlanmasına və diqqətinizin cəmlənməsinə yardım edir. Bundan əlavə, yeşiklərdəki əşyaların səliqəli düzümü psixoloji effekt verərək insanı daxilən qaydaya salır və onu öz dünyasına qaytarır.

11. Xəyala dalmaq
Evdə qalın, bu sizin fikirlərinizi götür-qoy etməyinizə və rahatlaşmağınıza yardım edəcək. Sevdiyiniz musiqini dinləyin, soyuducudan sevdiyiniz təamları götürün və sevdiyiniz yerdə əyləşin. Vərəqə ən çox istədiklərinizi, arzuladıqlarınızı qeyd edin. Bu, sizin bir növ həyatınızı planlaşdırmağınız kimi də qəbul edilə bilər. Həmçinin siz fikirdən, problemlərdən azad olacaqsınız.

12. Rəqs
Mütləq evdə rəqs edin! Musiqi sədaları altında ritmik hərəkətlər stressi atmağınıza kömək edəcək ən effektli variantdır. Rəqs, həm də əyləncə növü olaraq qəbul edilir.Sağlam olmağınız üçün çalışın stresdən uzaq olasınız. //Sağlamolun.az
Diaspora