Arıqlamağın yeni üsulu kəşf olundu

Arıqlamağın yeni üsulu kəşf olundu backend

Selsi şkalası ilə heç olmasa 40 dərəcə temperaturda su ilə isti vanna qəbulu orta hesabla saatda 126 kalori yandırmağa imkan verir ki, bu da yarım saatlıq gəzintinin ekvivalentidir.

Qaziler.az "Rossiyskaya qazeta"nın saytına istinadla xəbər verir ki, bu, Labforo və Lester (Böyük Britaniya) universitetləri alimlərinin gəldiyi qənaətdir. Onlar diabet xəstələrinin qanındakı şəkərin səviyyəsinə nəzarət etmək üçün fiziki məşğələlərə alternativ olan üsulları tədqiq ediblər.

Eksperimentə fiziki məşq keçməyən 10 nəfər qatılıb. Onlar xüsusi bilərziklə isti vanna qəbul ediblər. Bilərziklə növbəti 24 saat ərzində onların qanında şəkərin səviyyəsi izlənilib. Başqa bir gün eyni iştirakçılar velosiped sürüblər. Bu zaman intensivlik onların bədəninin istiliyini bir dərəcə artırıb. Bu artım isti vanna qəbul edərkən orqanizmdə dəyişikliklərə müvafiqdir.

Doktor Stiv Folkner bildirib: "Aşkar etdik ki, vanna qəbulundan sonra iştirakçılarda qlükozanın pik səviyyələri fiziki məşğələlərlə müqayisədə orta hesabla 10 faiz azdır. Bu, bizim üçün tamamilə gözlənilməz sürpriz idi".

İsti vanna qəbulu zamanı kalorinin sürətli yanmasının səbəbini alimlər bununla izah ediblər ki, həmin vaxt orqanizmdə istilik şok zülalları aktiv surətdə azad olur. Bu zülallar qandakı şəkəri azaltmağa kömək edir və bununla qlükozanın mənimsənilməsini yaxşılaşdırır.
Diaspora