Böyrəklərdə daşların olmasını göstərən 5 SİMPTOM

Böyrəklərdə daşların olmasını göstərən 5 SİMPTOM backend

Bir çox hallarda insan müəyyən vaxta qədər özündə böyrək daşı xəstəliyindən xəbərsiz olur.

Daşlar böyüdükcə, yerini dəyişdikcə böyrək daşı xəstəliyinin simptomları meydana çıxır.
Xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlara, o cümlədən böyrək çatışmamazlığına səbəb ola bilər.
Böyrək daşı xəstəliyinin simptomları:
- Bel nahiyəsində ağrılar
Əvvəllər ağrı küt olur, xəstəlik inkişaf etdikcə ağrı üzücü xarakter daşımağa başlayır. Ağrı həm bir, həm də ikitərəfli ola bilər. Ağrı fiziki yükləmələr zamanı artır. Ağrı qasıq nahiyəsində, cinsiyət orqanlarına, qarının aşağı hissəsinə yayıla bilər.
Daha ağır vəziyyətlərdə daş sidik axarını tuta bilər ki, bu da böyrək tutmasına səbəb olur. Böyrək tutması zamanı ağrı çox güclü olur, beldə əmələ gəlir və sonra qarının aşağı hissəsinə, cinisyyət orqanlarına yayılır. İnsan ağrıdan özünə yer tapa bilmir, bir vəziyyətdə qala bilmir, çapalayır. Böyrək tutması ürəkbulanması, qusma, tərləmənin artması, hərarətin yüksəlməsi, sidik ifrazının artması və ağrılı olması kimi simptomlarla müşayiət oluna bilər.
- Sidik ifrazının dəyişilməsi
Böyrək daşı xəstəliyi zamanı sidik ifrazının tezliyi artır, sidik ifrazı ağrılı olur, yandırma hissi ilə müşayiət olunur. Sidik bulanıq olur, sidikdə selik, qan izləri ola bilər.
- Hərarətin artması
Bu simptom böyrək daşı xəstəliyinin ağırlaşmasını, iltihabın birləşməsini göstərir. Bu çox təhlükəli simptomdur.
- Arterial təzyiqin artması
Böyrəklər orqanizmdə arterial təzyiqini tənzimləyir. Böyrəklərin fəaliyyətinin pozulması arterial təzyiqin artmasına səbəb olur. Məhz bu səbəbdən yüksək arterial təzyiqdən şikayətlənən xəstələrə həkimlər böyrəkləri müayinə etməyi tövsiyə edirlər.
- Sidik ifrazının olmaması
Bu böyrək daşı xəstəliyi zamanı ən təhlükəli vəziyyətlərdən biridir. Bunun səbəbi böyrək daşları ilə sidik yollarının tam tutmasıdır. Bu vəziyyət bir neçə gün ərzində davam etdikdə xəstə həlak ola bilər.

Saglamolun.Az
Diaspora