Kardioloqlar bu sadə testdən tez-tez istifadə edir.
Orta tempdə dayanmadan binanın 4-cü mərtəbəsinə qalxın və nəbzinizi ölçün.Əgər qalxdıqdan sonra siz rahat nəfəs alırsınız, heç bir xoşagəlməz hisslər keçirmirsiniz və sizin nəbziniz dəqiqədə 100-120 vurğudan aşağıdırsa, bu yaxşı nəticədir. Sizin ürək-damar sisteminiz normal işləyir.
Təngnəfəs olmusunuzsa və nəbziniz 120-140-dan çox vurursa, nəticə ortadır. Kardioloqun müayinəsindən keçməyiniz tövsiyə olunur.
Güclü təngnəfəslik, zəiflik əmələ gəlibsə, siz 4-cü mərtəbəyə qalxa bilməmisinizsə, nəbz 140-dan çox vurursa, mütləq kardioloqa müraciət edin.
Saglamolun.Az