Səhiyyə Nazirliyi Azərbaycanda ana ölümlərinin ilkin səbəblərini açıqlayıb.
Qaziler.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova APA-ya açıqlamasında deyib ki, ana ölümlərinin ilkin səbəbləri iki qrupa bölünür.O bildirib ki, bir qrup səbəblər hamiləlikdən öncə qadında mövcud olan xəstəliklərdir: “Məsələn, anadangəlmə ürək qüsurları, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatizm, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm.Adətən bu qrupxəstəliklər hamiləlikdən öncəkidövrdə gizli keçirvə yalnız hamiləlik zamanı özünü büruzəverir.Hamilə qadınlarbunuhamiləliyin gedişi ilə əlaqəlihesab edərəkhəkimə müraciətetmirlər. Xəstəlikağır dekompensasiya mərhələsinə çatdıqda artıq gecolur və çox vaxt hamilə qadına yardım ləngiyir".
S. Məmmədovanın sözlərinə görə, ikinci qrup səbəblər yalnız hamiləliklə əlaqəlidirvəyalnız hamiləlik vaxtüzəçıxır.Məsələn, hamiləlik hipertenziyası,hestasion diabet, hamiləlikproteinuriyası, preeklampsiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması. Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdəqadının həyatını xilas etmək mümkündür.Bu səbəbdən respublikada mövcudolan antenatal qulluğadair tövsiyələrdə göstərilir ki, hər bir hamilə ilk gündən qadınməsləhətxanasındaqeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətindəolmalıdır, vaxtı-vaxtında müvafiq müayinələrdən keçməlidir. Hər bir normal hamiləlikdəantenatalqulluq7 gəlişdən ibarətdir. Lakin müayinələr zamanıhər hansıbir patologiyaaşkarlanarsa, həkim müvafiq stasionara daha həcmlivədolğun müayinəvəmüalicəməqsədi ilə göndəriş verərəkhospitalizasiya etməlidir. Araşdırma zamanıməlumolur ki,hamilə qadınlarvə onların yaxınları əksər hallardahospitalizasiyadan imtinaedirlər vənəticədə təəssüf ki,bədbəxt hadisəbaş verir”.
S. Məmmədova qeyd edib ki, müvafiq təlimatlara uyğun olaraq,hər bir ana ölümü halı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına təqdim edilir: “Qısa bir müddətdə mütəxəssislərə təhlilə təqdim edildikdən sonra, zəruri hallarda əlavə mütəxəssis rəylərinə verilir. Ana ölümünün nəticələri toplandıqdan sonra, xüsusi keçirilən iclasda müzakirə edilib, müvafiq qərar qəbul edilir. Çox vaxt Komissiyaya ana ölümü kimi təqdim olunan halın təhlili qadınınölüm səbəbini hər hansı bir hamiləliyəəks göstəriş olan ekstragenital xəstəlik ucbatından baş verməsi müəyyən olunur. Məsələn, ağır ürək qüsuru, vərəm, anadangəlmə böyrək qüsuru və çatışmamazlığı, idiopatik trombositar purpura və s. kimi xəstəliklər”.