Prostat xərçənginin dərmanı - Közərdilmiş pomidor

Prostat xərçənginin dərmanı - Közərdilmiş pomidor backend

Araşdırmalarla pomidorun kişilərdə prostat xərçəngi riskini azaltdığı ortaya çıxıb. Aile.lent.az-ın məlumatına görə, kişi yaşlandıqca prostatı da böyüyür. Ümumi faktorlar, hormonal amillər, qidalanma qaydaları və cinsi həyatın ritmi də prostatın böyüməsinə səbəb olur. Bu böyümə sidik kanalına doğru, yəni içəriyə doğru olarsa, sidik çıxışında çətinlik, uzun müddət təzyiqsiz sidiyə getmək, tez-tez sidiyə getmək və gecələri sidiyə qalxmaq problemləri yaşanır. Böyümənin mənfi təsirlərindən biri də prostatın böyüyərək xərçəngə çevrilə bilməsidir.



Pomidorun tərkibində yüksək miqdarda olan likopen prostat xərçəngi riskinin azalmasına yola açan bir antioksidantdır. Özəlliklə közdə bişirilmiş pomidor prostat xərçənginin ən əsas dərmanı sayılır. Araşdırmalara görə, həftədə 10 ədəddən çox pomidor yeyən və pomidor suyu içənlərdə prostat xərçəng riski yüzdə 50 nisbətində azalır. Bununla yanaşı yaşıl çay, balqabaq çəyirdəyi, yağlı yeməklərdən uzaq durmaq, balıq yemək və orta səviyyədə cinsi həyat prostat xərçəngdən qoruyucu amillərdən biridir.
Diaspora