“Gəncliyin Sevgisi Sərhədsizdir” adlı qan vermə aksiyası keçirildi

“Gəncliyin Sevgisi Sərhədsizdir” adlı qan vermə  aksiyası keçirildi backend

12 avqust - Beynəlxalq Gənclər günündə Gənclər üçün Təhsil Mərkəzi, Qan Donorları Assosasiyası və Mərkəzi Qan Bankı “Gəncliyin Sevgisi Sərhədsizdir” adlı kampaniya çərçivəsində gənclərin iştirakı ilə gənclər arasında qanvermə aksiyası həyata keçirib. Bu barədə QAZİLER.AZ-a Qan Donorları Assosasiyasının mətbuat katibi Fuad Rəsul məlumat verib.

Qan Donorları Assosasiyasının mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, aksiyanı giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə donorları salamlayıb və bildirib ki, bu gün aksiyada əcnəbi gənclərin iştirakı və onların donor qismində çıxış eləməsi qan xəstəliyindən əziyyət çəkən insanlara qarşı bu sevginin sərhəd tanımadığına əyani sübutdur..
Onun sözlərinə görə, bu gün öz qanını nəinki həmvətənləri ilə bölüşməyə hazır olan gənclik sabah bəşəriyyət uğrunda istənilən fədakarlığa imza atacaq: “Çünki onların gözlərindəki insan sevgisi hər şeydən alidir”.



Sonra Qan Donorları Assosasiyasının rəhbəri Fuad Əsgərov bildirib ki, bu əlamətdar günün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. Bildirilib ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır.



Qeyd edək ki, qanvermə aksiyasının keçirilməsində əsas məqsəd isti yay günlərində hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasıdır. Qanvermə aksiyası həmçinin region gənclərinin sağlamlıq məsələlərinə diqqət artırmağı, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək verməyi, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmağı nəzərdə tutub.
Diaspora