Ayaq qoxusunun qarşısını ala biləcəyiniz ən adi tədbir, ayaq gigiyenasını vərdiş halına gətirməkdir.
Ayaqlarınızı hər gün, səhər axşam ilıq suyla, antibakteriyel və ya göbələyə qarşı sabunla istifadə edərək yuyun. Sonra, göbələk yaranmaması üçün yaxşıca qurulayın. Çünki ayaq göbələyinin ən mühüm səbəblərindən biri, ayaqların yuyulduqdan sonra kifayət qədər qurulanmamasıdır.Sintetik və neylon corab əvəzinə, yumşaq, pambıqlı və təri özünə çəkə bilmə xüsusiyyəti olan corablara üstünlük verin. Günün sonunda corablarınızı dəyişdirməkdə laqeydlik etməyin.
Eyni ayaqqabını iki gündən artıq geyməməyə çalışın. Ayaqqabılarınızı dəyişdiyiniz müddət fasiləsində 24 saat ərzində havada saxlayın. Beləliklə qoxunu ayaqqabıya yerləşərək ayağınıza yoluxmasının qarşısını ala bilərsiniz.
Ayaqqabı alarkən, hava alan və ya havalanan bir materialdan istehsal olanlara üstünlük verin. Neylon və ya sintetik material istifadə edilərək, hazırlanan ayaqqabıları istifadə etməyin. Mümkündürsə, həqiqi dəri kimi təbii materiallardan hazırlanan ayaqqabıları istifadə edin.
Ayaqlarınıza və ayaqqabı içinə antibakterial sprey və ya qoxunun qarşısını alan pudra vurun. İlk əvvəl axşam evə gəldikdən sonra ayaqqabılarınızı eyvan kimi havalanma şəraiti olan bir məkanda bir neçə saat havada saxlayın.
Havada saxladıqdan sonra daxili və üst hissələrinə sprey və ya antibakterial pudra sıxın. Sonra ayaqqabılarınızı şkafda yerləşdirə bilərsiniz.
Ayaq barmaqlarınızın araları və dabanınıza hər dəfə duş qəbul etdikdən sonra müntəzəm olaraq nəzarət edin.
Ayaq barmaqlarınızın aralarında soyulma, ayaq bazalarında soyulma, iynə ucu kimi su toplayan qabarcıqlar və qoxu kimi göbələk infeksiyasının əlamətləri müşahidə olunduqda bir dermatoloji mütəxəssisinə müraciət edin.
Həddindən artıq tərləmə də ayaq qoxusuna səbəb olan mühüm bir amillərdən sayılır. Ayağınızda hiperhidrozis deyilən həddindən artıq tərləmə vəziyyəti mövcuddursa, müalicə edin və tərləməni azaldan kremlər istifadə edin.
Ayaqlarda yaranan tərləmə problemini günümüzdə botoks tətbiq etmək, iontoforez və klipsli ETS kimi müalicə üsulları ilə aradan qaldırmaq mümkündür.
Əgər ayaqlarınız çox tez-tez nəmlənirsə, qurutmaq üçün duzlu su ilə yuya bilərsiniz.
Axşam evə gələndən sonra 4 stəkan suya 4 çay qaşığı duz əlavə edin. Sonra bu qarışığı bir ləyənə boşaldın və ayaqlarınızı 15 dəqiqə bu suda saxlayın. Təmiz və pambıqlı dəsmalla ayaqlarınızı yaxşıca qurudub, corabları geyinin.
Gün ərzində çay içərkən istifadə etdiyiniz bir dəfəlik çay peketlərini atmayın. Günün sonunda bir litr ilıq suya dörd-beş ədəd yaşıl və ya qara çay paketini qoyub, bu suda ayaqlarınızı saxlayın.
Sonra silib corablarınız geyin. Bu üsulu müntəzəm olaraq tətbiq etdikdə ayaq qoxu hissinizin azaldığını müşahidə edəcəksiniz. İstəsəniz yemək sodasından da istifadə edə bilərsiniz. Bir ləyənə ilıq su tökün, içinə 2 xörək qaşığı soda atın. Daha sonra ayaqlarınızı 15 dəqiqə ərzində bu suda saxlayın. Bu üsulu 1 ay hər axşam, sonra isə həftədə 2 gün tətbiq etməklə faydasını hiss edəcəksiniz.
Ayaq qoxusunun aradan qaldırılmasında sirkə də olduqca təsirlidir. Sirkənin tərkibində olan turşu, bakteriyaların yaşaması üçün əlverişli olan şəraiti aradan qaldırır.
Həftə ərzində bir dəfə təcrübədən keçirə biləcəyiniz bu üsul üçün ləyənə 2 litr ilıq su əlavə etdikdən sonra, 2 su stəkanı həcmində sirkə əlavə edin.
Ayaqlarınızı bu üsulda da 10-15 dəqiqə saxlayın. Sonra ayaqlarınızı sabunla yuyun və yaxşıca silin.
Adaçayı yarpaqları da qoxunun qarşısını almaq xüsusiyyətinə malikdir. Bunun üçün adaçayı yarpaqlarını bir gecə əvvəldən istifadə edəcəyiniz ayaqqabının içinə yerləşdirə bilərsiniz.
Natrium bikarbonat, yəni mətbəxlərdə istifadə etdiyimiz soda, ayaqlarda qoxuya səbəb olan bakteriyaları məhv edir. Corablarınızı geymədən əvvəl bir miqdar karbonat tökə bilərsiniz.
Deyerler.org