İsrail alimləri xərçəngin müalicəsində tamamilə yeni metod təklif edirlər

İsrail alimləri xərçəngin müalicəsində tamamilə yeni metod təklif edirlər backend

İsrail alimləri heyvanların qanından istifadə etməklə xərçəng xəstəliyinə qarşı tamamilə yeni mübarizə metodu təklif ediblər.

AZƏRTAC innov.ru saytına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bədxassəli törəmələrin müalicəsində akulanın qanındakı böyük miqdarda anticisimlər çox səmərəli ola bilər.

Yaxın vaxtlarda bu üsul sınaqdan keçiriləcək. Alimlər bildiriblər ki, az dozada akula qanının onkoloji xəstənın orqanizminə tədricən tətbiq edilməsi planlaşdırılır.

Alimlər yeni metodu daha ətraflı araşdırdıqdan sonra könüllülər üzərində kliniki sınaqlara başlamaq niyyətindədirlər. Bununla yanaşı, bir çox mütəxəssislər nəticələrin çox yaxşı olacağına əmindirlər.
Diaspora