Astmaya qarşı yeni effektli dərman hazırlanıb

Astmaya qarşı yeni effektli dərman hazırlanıb backend

Böyük Britaniyanın Astma Assosiasiyasının məlumatına görə, dünyada hər gün astmadan 3 insan həlak olur.

Tədqiqatlar göstərir ki, bu 3 insandan 2-si sağ qala bilərdi.
Medical Xpress xəbər verir ki, Lester Universiteti (Böyük Britaniya) alimləri astmanın simptomlarını azaldan yeni dərman üzərində işləyirlər. Yeni "fevipiprant" adlı dərman çox effektlidir, ağciyərlərin və nəfəs yollarının fəaliyyətini yaxşılaşdırır, iltihabı azaldır. Alimlərin sözlərinə görə, bu dərman bu günə qədər istifadə olunan bütün astma dərmanlarından daha effektlidir.
Araşdırmada 61 astma xəstəsi iştirak edib. Xəstələrin bir hissəsi yeni dərman, digər hissəsi isə plasebo ("boş" həb) qəbul edirdilər. 12 həftəlik müalicədən sonra hər iki qrup iştirakçılardan qan analizləri götürülüb. Qanda eozinofillərin səviyyəsi yoxlanılırdı. Bu astma zamanı əsas iltihab göstəricisidir. Sağlam insanlarda bu göstərici 1 %, orta və ağır astma zamanı 5%-ə yaxın təşkil edir.
Analizlər göstərib ki, yeni dərmanı qəbul edən iştirakçılarda eozinofillərin səviyyəsi bir neçə dəfə azalıb və 1,1%-ə yaxınlaşıb.
Eksperimentin iştirakçılarının sözlərinə görə, onlar uzun illərdən sonra özlərini daha yaxşı hiss etməyə başlayıblar.

Saglamolun.Az
Diaspora