Son zamanlar plastik butulkalarda satılan suyun ziyanı haqqında məlumatları tez-tez oxumaq və ya eşitmək olur.
Bu nə dərəcədə həqiqətə uyğundur?"Komsomolskaya pravda" qəzetinə verilən müsahibədə rus həkim-toksikoloq Vladimir Mironov bu haqda çox maraqlı faktlar gətirir.
Onun sözlərinə görə, plastik butulkaların düzgün seçimi və onlardan düzgün istifadə bu növ butulkaları sağlamlığımız üçün ziyansız edir.
Həkim-toksikoloqun bəzi məsləhətlərini sizə təqdim edirik:
- Yalnız PET (polietilentereflatat) butulkalarda satılan su alın. Bu materialdan hazırlanmış butulkalar hal hazırda ən ziyansız sayılır. Butulkanın etiketində və ya dibində PET sözü axtarın.
- Butulkanı açdıqdan sonra suyu mümkün qədər tez için. Bunun üçün kiçik həcmli butulkalara (yarım litrə qədər) üstünlük verin. Açıq plastik butulkada axşamdan qalan suyu növbəti gün içməyin. Böyük plastik butulkalarda su aldıqda suyu digər daha təhlükəsiz qablara (şüşə və s.) boşaldın.
- Butulkaları günün altında və ya qazın yanında saxlamayın. Butulkanın isinməsi nəticəsində suya ziyanlı maddələr buraxılır.
- Plastik butulkaları təkrar istifadə etməyin. Bu ən vacib qaydalardan biridir! Bu halda plastik butulka həqiqətən sağlamlığa ziyan vura bilər.
Saglamolun.Az