Qanda şəkərin miqdarını xalq təbabəti vasitəsilə aşağı salmaq mümkündür.
20 sm uzunluğunda, 1,5-2 sm enində olan qıtığotu (xren) kökü, 9 diş sarımsaq, təzə, keyfiyyətli pivə, 1 l-lik həcmdə olan şüşə banka və ya butulka götürülür.Qıtığotunun kökü təmiz yuyulur, lakin təmizlənmir.
Xırda döğranaraq butulkanın içinə tökülür.
Sarımsaq da təmizlənir və xırda doğranaraq qıtığotunun üstünə əlavə edilir.
Hazırlanmış kütlənin üzərinə təzə pivə tökülür (butulkanın "çiyni"nə qədər). Hazırlanmış kütlə 10 gün qaranlıq yerdə saxlanır.
Bundan sonra məhlul süzülür.
İlk 2 gün gündə iki dəfə bir çay qaşığı, sonrakı günlər isə yeməkdən əvvəl bir xörək qaşığı gündə üç dəfə qəbul edilir.
Bu qatışıq vasitəsilə bir ay ərzində qandakı ən yüksək şəkəri salmaq mümkündür.
Arzu Səlim
Qaziler.az