Qocalıq əleyhinə ən yaxşı dərmanın necə hazırlandığını yəqin ki, çoxu bilmir.
1)Qocalıq əleyhinə əsl dərman.4 kq köklü kərəviz, 400 q bal, 400 q sarımsaq, 8 ədəd limon, 400q qıtığotu (xren) kökü.
Hazırlanması
Bunların hamısı ət maşınından keçirilir, şüşə və ya emallı qablara qoyulur.
Üstünü tənziflə örtüb 12 saatlıq isti yerə (təxminən 30 dərəcə), sonra 3 sutka ərzində sərin yerə qoymaq lazımdır.
Bundan sonra qarışığın şirəsini sıxmaq, butulkalara yığmaq və soyuducuda saxlamaq lazımdır.
Hər gün 3 dəfə bir desert qaşığı, yeməyə 15 dəqiqə qalmış qəbul edilir.
2) Yaşlı və kök adamlar üçün tənginəfəslik əleyhinə, qanın gəncləşdirilməsi vasitəsi olan cavanlıq eliksiri.
400 q sarımsağı xırda doğramaq.
24 sarımsağın şirəsini sıxmaq.
Xırdalanmış sarımsaq və limon şirəsi ağzı geniş bankaya tökülür, bankanın ağzı tənziflə bağlanır və 24 gün saxlanır. Qəbul etməmişdən öncə bankanı çalxalamaq lazımdır.
Gün ərzində bir dəfə yatmazdan əvvəl 1 çay qaşığı qarışığı yarım stəkan yağış suyu ilə qarışdırıb içmək lazımdır.
10-14 gündən sonra siz artıq yorulmadığınızı və yaxşı yata bildiyinizi hiss edəcəksiniz. Bu vasitənin 500-dən artıq yaşı var.
3) Qırmızı quşarmudu (üvəz) və itburnudan hazırlanmış eliksir. Onun cavanlaşdırıcı xüsusiyyəti yüksək qiymətləndirilir.
Quşarmudu və itburnunun qurudulmuş meyvələrindən qatışıq hazırlayın. Bununcün meyvələri 1:1 nisbətində kofeüyüdəndə xırdalayın.
1 çay qaşığı qatışığı bir stəkan isti suda dəmləyərək çay əvəzi için. Bu dəmləmə yalnız böyüklər üçün deyil, uşaqlar üçün də faydalıdır. Çünki yaddaçı möhkəmləndirir və informasiyanı yaxşı qavramağa kömək edir.
Qaziler.az