Reallığın tərs üzü

Reallığın tərs üzü backend

Yatmaq və aydın süjetli yuxular görmək imkanına malik olduğu üçün insanlıq təkamül prosesinə minnətdar olmalıdır.

İnsan vaxtının 22% - ni yataraq yuxu görməklə məşğul olur. Böyüklərdə bu, bir dəqiqədən səksən dəqiqəyədək davam edir. İnsan bir gecədə üçdən yeddiyədək yuxu görə bilər.

200 milyon il bundan qabaq planetin canlı varlıqları yırtıcıların potensial qurbanı olmamaq üçün çox qısa müddətə yatır və xatırlanması demək olar ki, mümkün olmayan yuxular görürdülər. Təkamül prosesi ilə əlaqədar olaraq aktiv yuxugörmələr 50 milyon il sonra mümkün olub.

Gün ərzində 1, 9 saat dincələn zürafələr bunun 5 – 10 dəqiqəsini periodik olaraq yuxuya yüklənirlər. Bu, başqa heyvanlar arasında nisbətən davam etməyən vaxtdır. Ən uzunmüddətli yuxu koaladadır. O, 22 saat yatır.

Güman edilir ki, Leonardo Da Vinçi hər dörd saatdan bir 15 -20 dəqiqə, Nikola Teslanın özünün bildirdiyinə görə isə sutkada 2 – 3 saat yatırmış. Sezar, Napoleon, Fraklin, Şiller və Bexterevin yuxusu sutkada 4 saatdan artıq olmazmış. I Pyotr, Çörçil, Edison və Marqarit Tetçerdə yuxu müddəti 5 saat imiş.

Qeydə alınmış ən uzunmüddətli letargiya yuxusu 20 il davam etmişdir. Dnepropetrovskidən olan Nadejda Lebedina əri ilə mübahisədən sonra 1954 – cü ildə yatmış və yalnız 1974 – cü ildə sağlam, gənc olaraq oyanmışdı.

İndi insanlar yuxuya yeddi saat vaxt sərf edirlər. Halbuki, XX əsrin əvvəllərində bu vaxt 9 saat idi. Ona görə də orta yaş dövrü 100 il ərzində 31 – dən 65, 6 –ya qədər yüksələ bilib.

Müasir insan orta hesabla ömrünün 19 ilini yuxuya sərf edir.
Müqayisə üçün deyə bilərik ki, bu, neolit dövründə yaşayan “Homo sapiens”in (“Ağıllı insan”) ömrü qədərdir. İndi pişiklər də bu qədər yaşaya bilirlər.
Diaspora