Ölkəyə gətirilən dərmanların qeydiyyata alınması daha tez və rahat olacaq.
Bunun üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində tərcümə xidməti yaradılıb.Analitik Ekspertiza Mərkəzinin Hüquq məsələləri üzrə baş məsləhətçisi Rafiq İsmayılov qeyd edir ki, əvvəllər dərman şirkətlərinin içlik vərəqini qeyri-ixtisas sahiblərinin tərcümə etməsi nəticəsində bir çox ciddi qüsurlar aşkarlanırdı və həmin vasitənin qeydiyyata alınması yubanırdı. Məhz bu səbəbdən tərcümə xidmətinə ehtiyac yaranıb.
Şirkətlər tərcümə üçün könüllü müraciət edə bilər. Rus dilindən Azərbaycan dilinə tərcümə olunacaq mətndə hər 3000 simvol üçün rüsum 30 manat, ingilis dilindən tərcümədə isə 35 manat ödənilməli olacaq.
Bundan əlavə dərman vasitələrinin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizası da həyata keçiriləcək. Bunun üçün 140 manat rüsum təsdiq olunub.
“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: