Sarı zoğal: Faydaları və müalicəvi təsiri

Sarı zoğal: Faydaları və müalicəvi təsiri backend

Qeyri-adi sarı zoğal çox faydalı müalicəvi məhsuldur.

Qırmızı zoğalla müqayisədə tam yetişmiş sarı zoğal şirin olur.

Onun tərkibində mədə-bağırsaq sisteminə müsbət təsir edən faydalı maddələr "pektin"lər qırmızı zoğalla müqayisədə daha çoxdur.
Sarı zoğalın kimyəvi tərkibi olduqca zəngindir. Onun tərkibində vitaminlər (A,E,C,P) və minerallar (dəmir, kalium, kalsium, maqnezium, fosfor, kükürd və s.), efir yağları, flavonoidlər, orqanik turşular, fitonsidlər, katexinlər, rutin və s. faydalı maddələr var.
Sarı zoğalın faydaları:
- immun sistemini möhkəmləndirir
- damarların sağlamlığını qoruyur, aterosklerozun inkişafını ləngidir
- ürəyin fəaliyyətini yaxşılaşdırır
- həzm prosesləri yaxşılaşdırır
- orqanizmdən toksinləri, şlakları xaric edir
- mübadilə prosesləri yaxşılaşdırır
- piyləri əridir, arıqlamağa kömək edir
- iltihabları azaldır
- orqanizmdən turşəng və sidik turşularını çıxardır ki, bu da podaqra və revmatizm zamanı kömək edir
- qanda hemoqlobinin səviyyəsini artırır
- mədəaltı vəzinin fəaliyyətini gücləndirir
- sidik kisəsini, sidik yolları təmizləyir
- qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı zoğalın qəbulu arzuolunmaz sayılır. Bu xəstəliklər arasında: mədə və 12 barmaq bağırsağının xora xəstəliyi, qastrir, qəbizlik.

Saglamolun.Az
Diaspora