Xiyar vacib sidikqovucu xüsusiyyətlərə malik tərəvəzlərdən biridir. Bundan başqa qələvi bir qida kimi də tanınır və artıq suyun bədəndən təmizlənməsini təmin edir. Aile.lent.az xiyarın digər faydaları haqqında məlumat verir.
Xiyar digər tərəvəzlərə nisbətən turşu nizamsızlığını daha sürətli balanslı bir hala gətirir. Turşu balanssızlığı isə bir çox xəstəliklərə səbəb olduğu üçün ciddi problemlər yaradır. Sağalmayan yaralar və çivzələr üçün olduqca təsirli bir qidadır. Salatların içərisinə qatılan müxtəlif turşu karbohidratların yağa çevrilməsini və bədəndə yığılmasının qarşısını alır. 100 qram xiyarda sadəcə 10 kalori var. Buna görə də pəhriz saxlayanlar üçün arzuedilən bir tərəvəzdir.