Ostexondroz əleyhinə duz və yağ - ƏN ASAN MÜALİCƏ

Ostexondroz əleyhinə duz və yağ - ƏN ASAN MÜALİCƏ backend

Boyun ostexondrozu çətin müalicə olunan xəstəlikdir.

Qaziler.az xarici mətbuata istinadən belə bir resepti sınaqdan çıxarmağı təklif edir.
Onun istifadəsindən sonra siz bir neçə il ağrı hiss etməyəcəksiniz.

Müalicəvi masaj kütləsinin hazırlanması

Lazım olanlar:
"təmizlənməmiş" bitki yağı (iyli) - 20 xörək qaşığı,
narın duz (dəniz duzu da olar) - 10 xörək qaşığı

Hazırlanması və istifadəsi

1. Bunları yaxşı qarışdırın ki, xırda dənələr qalmasın.
2. Bir neçə gündən sonra bu məlhəmdən hər gün ağrıyan yerlərə masaj etməklə çəkmək lazımdır. Əvvəlcə 2-3 dəqiqədən başlamaq şərtilə hər gün 2-3 dəqiqə artırmaqla masaj vaxtını 20 dəqiqəyə çatdırın.
3. Masajdan sonra boynunuzu isti su ilə isladılmış parça ilə silin.
4. 8-10 prosedurdan sonra siz öz vəziyyətinizdəki əsaslı dəyişikliyi hiss edəcəksiniz. Bundan başqa görmə qabiliyyətiniz də yaxşılaşacaq.

Qeyd edək ki, duz masajı zamanı dəridə solğunlaşma gedir, lakin sonradan, yəni prosedur başa çatandan sonra yavaş-yavaş canlanır.

Müalicə müddətində maddələr mübadiləsi yaxşılaşır, şlaklardan təmizləmə baş verir ki, bunlar da müvəqqəti olaraq zəiflik, yuxuculluq, baş gicəllənməsi yarada bilər.

Bununçün də prosedura başlamadan öncə həkimlə məsləhətləşmək lazımdır.

Arzu Selim
Diaspora