XƏRÇƏNGIN DÜŞMƏNI, ÜRƏYIN DOSTU - SIZ DƏ TANIYIN!

XƏRÇƏNGIN DÜŞMƏNI, ÜRƏYIN DOSTU - SIZ DƏ TANIYIN! backend

Maş lobyası qaraciyər yağlanmasının qarşısını alır və arıqlamağa kömək edir.

Əsasən Çin və Hindistanda yetişdirilən maş lobyası Azərbaycan mətbəxində də çox istifadə edilən qidalardandır.

Maş lobyasının faydaları:

- Yüksək protein və lif tərkibinə malikdir.

- Vitamin və minerallarla zəngindir.

- Aşağı kalorilidir.

- Az yağlıdır.

- Xolesterolu nizamlayır.

- Natrium nisbəti aşağıdır.

- Antioksidanlarla zəngindir.

- Qocalmanın qarşısını alır.

Digər faydaları

100 qram qaynadılmış maşın tərkibində 7 qram zülal var. Zülalla zəngin olan bu qida xüsusilə vegetarianlar üçün idealdır. Ümumiyyətlə, vitamin və minerallarla zəngindir. 1 fincan çiy maş lobyası 14 mg C vitamini ehtiva edir. Eyni zamanda, 1 fincan maş yemək gündəlik dəmir qəbulunun kişilərdə 12, qadınlarda 5 faizini qarşılayır.

Zülal və sink çatışmazlığı saç və dırnaqların gücsüzləşməsinə və saç tökülməsinə səbəb olur. Maş lobyası saç və dırnaqlar üçün lazımlı olan bu qida elementləri ilə zəngindir.

Liflə zəngin olduğu üçün xolesterolun aşağı salınmasına kömək olur. Lif tərkibi qan şəkəri səviyyəsini nəzarət altında saxlayır. Həm lif, həm də qlisemik indeksinin aşağı olması qan şəkəri tarazlığına kömək edir. Bu baxımdan da diabetik insanlar üçün möcüzəvi dərəcədə xeyirli qidadır.

Liflə zəngin olduğu üçün bağırsağın dostudur, ifrazat sisteminin təmizlənməsini təmin edir, bədəndən toksinlərin atılmasına kömək olur.

100 qram qaynadılmış maş 105 kaloridir. Zülal və liflə zəngin olması ilə yanaşı, yağ tərkiblidir, lakin tox tutur. Bu xüsusiyyəti baxımından pəhrizlərdə təklif edilən qidadır.

Maş lobyası xərçəng riskini azaldır. Bu, elmi baxımdan da sübut edilib. Xüsusilə qadınlarda döş xərçənginə qarşı maş lobyası yemək təklif olunur.

Maş ürəyin dostu olan qidadır. Amerikada aparılan araşdırmalara görə, həftədə 4 və daha çox boşqab maş yemək ürək xəstəlikləri riskini 22% azaldır.

Maş qaraciyərin yağlanmasını azaldaraq, qaraciyər funksiyalarının normal işləməsinə kömək olur.

Maş lobyası necə yeyilə bilər?

Yaşıl noxud, mərcimək yerinə istifadə edilə bilər. Salatını da hazırlamaq mümkündür. Şorba şəklində də yemək məsləhətdir. Azərbaycan mətbəxində maşlı plov ən sevilən yeməklər sırasındadır.

Aile.lent.az
Diaspora