Təzyiqi aşağı salan 10 BİTKİ

Təzyiqi aşağı salan 10 BİTKİ backend

Statistikaya əsasən dünyada 40 yaşdan yuxarı praktik olaraq 50% insan yüksək təzyiqdən əziyyət çəkir.

Yüksək arterial təzyiq orqanizm üçün çox ziyanlıdır. Bu ürəyin, damarların, böyrəklərin, gözlərin sağlamlığına böyük ziyan vurur, infarkt, insult, böyrək çatışmamazlığı, korluq kimi ağır pozulmalara səbəb olur.
Arterial təzyiqi mütləq normada saxlamaq lazımdır. Bunun üçün xüsusi preparatlar mövcuddur. Belə preparatları xəstəyə həkim təyin etməlidir.
Bəzi bitkilər də təzyiqi aşağı salmağa kömək edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu bitkiləri yalnız köməkçi vasitə kimi (əsas müalicə ilə parallel olaraq) istifadə etmək olar.
Təzyiqi salmağa kömək edən bitkilər bunlardır:
- Nanə
- Yemişan
- Pişikotu
- İtburnu
- Qaragilə (meyvəsi və yarpaqları)
- Qarağat yarpaqları
- Melissa
- Şüyüd
- Zirinc (yarpaqları və meyvəsi)
- Mayaotu toxumu
Bitkiləri dəmləmə şəklində qəbul edirlər (1 x.q. quru ot + 200 ml qaynar su). Bir neçə bitkini birlikdə də istifadə etmək olar (məsələn, 1 ç.q. nanə + 1 ç.q. pişikotu + 200 ml su və s.).

Saglamolun.Az
Diaspora