Piylənmə kişilər üçün daha ziyanlıdır

Piylənmə kişilər üçün daha ziyanlıdır backend

Xarici KİV-lərin məlumatına əsasən, İngiltərə alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, piylənmə kişilərin sağlamlığına qadınlarla müqayisədə daha çox ziyan vurur və ömrün qısalmasına gətirib çıxardır.

Belə ki, piylənmədən əziyyət çəkən kişilərin 30%-i, qadınların isə 15 %-i 70 yaşına qədər yaşamırdı.
Şəkərli diabet xəstəliyinin riski də çəkisi artıq olan kişilərdə qadınlarla müqayisədə daha çoxdur.
Çoxsaylı araşdırmalar göstərib ki, artıq çəki ürək problemlərinə və hətta xərçəngin inkişafına səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən hal hazırda dünyada kök insanların sayı arıq insanlardan daha çoxdur.

Saglamolun.Az
Diaspora