Armudun sağlamlıq üçün 7 FAYDASI

Armudun sağlamlıq üçün 7 FAYDASI backend

Armud ən faydalı meyvələrdən biridir. Armudun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var.

Sizə bu meyvənin faydaları haqqında məlumat təqdim edirik:
1. Armud qidalı liflərlə olduqca zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyətinə kömək edir, bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır.
2. Armudda fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır.
3. Armud kaliumla zəngindir. Bu mineral ürək üçün olduqca faydalıdır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ritmini tənzimləyir.
4. Armud yüngül sidikqovucu təsirə malikdir.
5. Armud kişilər üçün çox faydalıdır. Xalq təbabətində armud kompotu və armud çayı prostatit zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə istifadə olunur.
6. Armud C vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığında çox böyük rol oynayır.
7. Armud K vitamini ilə zəngindir. K vitamini damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Saglamolun.Az
Diaspora