Çiyələyin yarpaqları və kökü onun meyvəsindən az əhəmiyyətə malik deyil.
Qaziler.az bildirir ki, çiyələyin yarpaqlarından xalq təbabətində çay hazırlanır. Bu məqsədlə yarpaqlar avqust-sentyabr aylarında yığılır və qurudulur.Dəmləmə üçün 3 qr yarpaq və 0,5 l isti su götürülür. Bu çay C vitamini ilə zəngindir.
Bu, soyuqdəymə zamanı, mədə-bağırsaq yolları xəstəliklərində - əsasən soyuqdəymədə, böyrək və qaraciyər xəstəliklərində gözəl vasitədir.
Çiyələk yarpağının dəmləməsi, cövhəri və çayı arterial təzyiqi aşağı salır, ürək ritmini azaldır. Bu içki xalq təbabətində aterosklerozun profilaktikasında, bronxial astmada istifadə olunur. Çiyələkli çay böyrəklərdəki, sidik kisəsindəki qumu xaric etmək üçün məsləhət görülür.
Çiyələyin təzə yarpaqları irinli yaraların üzərinə qoyulanda effektli təsir göstərir.
Çiyələk yarpaqlarının cövhəri damarları yaxşı genişləndirir, təzyiqi salır.
Həmçinin:
-soyuqdəymə zamanı boğaz qarqara edilir;
-qaraciyər və böyrəklərdəki daşların müalicəsində;
-qan azlığında istifadə olunur.