Bir çoxları üzündəki ləkələr səbəbindən özünü narahat hiss edir. Bu ləkələri də marketdən və aptekdən tonlarla pul verib aldığımız dəriyə qulluq məhsullarıyla aparmağa çalışırıq. Lakin bu məhsullar dərimiz üçün zərərli olmaqla yanaşı, quruluğa da səbəb ola bilər. Bu probleminizi evinizdə olan təbii baxım məhsullarıyla həll edə bilərsiniz. Aile.lent.az dəri ləkələrinə qarşı istifadə edə biləcəyiniz təbii vasitələrlə sizi tanış edir.
Aloe veraAloe vera yarpağındakı gel ləkələri yaxşılaşdıran və dərini yeniləyən hüceyrələr istehsal edən polisaxarit anbarıdır. Yeganə edəcəyiniz bitkinin yarpağından bir parça qoparıb üstündəki geli ləkəli bölgəyə sürtmək və quruduqdan sonra durulamaqdır.
Xiyar
Xiyarın dərini yaxşılaşdırmağa yarayan bir çox faydası var. Bu tərəvəz qanamanın qarşısını ala və damarları yığmaq təsiri baxımından ləkələri və yaraları da təmizləyə bilər. Xiyar C vitamini və antioksidan ehtiva etdiyi üçün infeksiyaları azaltmağa da kömək olur. Bundan başqa xiyar dərinin toxumasını gözəlləşdirir. Ləkələri yox etmək üçün sadəcə olaraq xiyarın qabıqlarını soyub blenderdən keçirdikdən sonra pambığın köməyi ilə üzünüzə sürtün.
Calamine losyonu
Üzdə sızanaq çıxmasının səbəbi dəridə yığılan yağdır. Calamine losyonu artıq yağı bədəninizdən çıxararaq dərinizi ləkəsiz edər. Mümkün qədər tez bir şəkildə losyonu üzünüzə və ya ləkənin olduğu yerə sürtün.
Üzüm çəyirdəyi
Üzüm çəyirdəyi özü mikroblara qarşı güclü bir dezinfektandır. Sürətli bir inkişaf görmək üçün 110 qr suyun içinə 4-40 qram çəyirdək tökün və ləkəli yerə tətbiq edin.
Kök
Üzünüzdəki ləkələrə əzilmiş və ya suyu sıxılmış kök sürtsəniz, dərhal təmizləyəcək. Üzünüzlə yanaşı, bütün bədəninizi da təmizləmək üçün bir stəkanın yarısına kök suyu, 1/3-ə su və qalan qisminə çuğundur suyu əlavə edin. Bu qarışım həm də qaraciyər funksiyalarını hərəkətə gətirər.
Sarımsaq
Sarımsağın sağlamlığa bir çox faydası olduğu üçün ləkələrlə mübarizədə də faydalı olması təəccüblü deyil. Sarımsağı götürüb üzünüzdə sızanağın olduğu yerə sürtün və sızanaq yox olacaq.
Limon suyu
Limon suyu üzünüzdəki artıq yağın aradan qaldırılmasında, bakteriyaların öldürülməsində və qara nöqtələrin yox edilməsində təsirlidir. Üzə tətbiq olunan təzə sıxılmış limon suyu, məsamələrinizin təmizlənməsinə kömək olar. Limon suyunu bal və zərdəçalla qarışdıraraq da üzünüzü gündəlik olaraq təmizləməkdə istifadə edə bilərsiniz.
Pomidor suyu
Pomidorun qabıqlarını soyaraq püre halına gətirib, hər gün üzünüzə masaj edərək tətbiq edin və 10-15 dəqiqə üzünüzdə saxlayın. Sonra üzünüzü soyuq suyla yuyun. Bu, ləkələrin təmizlənməsində təsirli bir üsuldur. Bu, pomidorun damarları sıxma gücünə malik olması, C vitamini və bol antioksidan ehtiva etməsindən qaynaqlanır.
Kartof
Kartofda olan nişasta ləkələri meydana gətirən piqmentlərin yaranmasının qarşısını alır. Üzünüzə çiy kartof və ya kartof suyu sürtmək dərinizi gözəlləşdirəcək. Eyni zamanda göz altındakı bənövşəyi ləkə və torların aradan qaldırılmasında da təsirli olacaq.
Portağal qabığı
C vitamini və antioksidan ehtiva etdiyi üçün dərinin gözəl görünməsini təmin edir. Qabıqlar həmçinin üzünüzdəki ləkə və sızanaqları də təmizləyər. Qabıqları doğrayıb suyla qarışdıraraq özünüzə təbii bir dəri məhsulu hazırlaya bilərsiniz. Portağal qabıqlarını bal və sadə qatıqla qarışdırıb, həftədə bir neçə dəfə üzünüzə sürtün, bunun dərinizin hamar olmasına böyük faydası olacaq.